Fransada Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmiş jurnala basqın olub, 11 nəfər öldürülüb

Fransada Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmiş jurnala basqın olub, 11 nəfər öldürülüb
15:57 7 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 15:46 ]

Bakı – APA. Fransada nəşr olunan “Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücum olub.

APA-nın “Le Figaro”ya istinadən verdiyi məlumata görə, 2 naməlum şəxs redaksiyaya daxil olaraq əməkdaşları atəşə tutub. Onların “Kalaşnikov” avtomatları ilə atəş açdıqları bildirilir.

 

İlkin informasiyalara əsasən hadisə zamanı 11 nəfər ölüb, 5 nəfər yaralanıb. Bəzi əməkdaşlar binanın damında gizlənə biliblər. Basqınçılar hadisə yerindən uzaqlaşarkən polisləri də atəşə tutublar, nəticədə 1 polis əməkdaşı yaralanıb.

 

Olayla əlaqədar Fransa prezidenti Fransua Olland hökumətin təcili iclasını çağırıb. 

 

Qeyd edək ki, “Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmişdi. Jurnal bu gün baş verən terror aktından qısa müddət öncə “Twitter” səhifəsindən “İŞİD” lideri əl-Bağdadinin karikaturasını paylaşıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR