Ən yaxşı noutbuk istehsalçıları- SİYAHI

Ən yaxşı noutbuk istehsalçıları- SİYAHI
08:17 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Noutbuklar sahəsində ixtisaslaşmış "Laptop Mag" resursu növbəti reytinqini dərc edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, reytinq bəlkə də ciddi maraq kəsb etməyəcəkdi, lakin bir fakt var ki, son 4 ildə sıralamada ilk yeri tutan "Apple" yeni reytinq cədvəlində birdən-birə 5-ci yerə düşüb.
 
Mənbə 6 kateqoriya üzrə mobil kompüter bazarında mövcud olan 10 iri brendi qiymətləndirib. Bura istifadəçi rəyləri, dizayn, texniki dəstək, innovasiyalar, əlçatanlıq və çeşidlilik, zəmanət daxil edilib.
 
"Apple" dizayn, texniki dəstək və zəmanət xidmətlərinə görə çoxlu bal toplaya bilib. Ancaq qiymətlərin yüksəkliyi, yeni "MacBook Pro" modellərində portların müxtəlifliyinin olmaması və ən əsası da, istifadəçilərin neqativ fikirləri ona gətirib çıxarıb ki, "Apple" "Acer"lə birgə 5-ci pilləyə enib.
 
İlk yeri isə "Lenovo" tutub. İkinci yerdə "Asus" qərarlaşıb. Sonrakı yerləri "Dell", HP, "Acer", "Apple", MSI, "Razer", "Samsung" və "Microsoft" tuturlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR