“Workplace”in pulsuz versiyası istifadəyə veriləcək

“Workplace”in pulsuz versiyası istifadəyə veriləcək
08:27 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Facebook" sosial şəbəkəsi bu ilin payızında "Workplace" messencerinin pulsuz versiyasını işə salmaq qərarına gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu messencer bazarda "Slack"ın əsas rəqibi olacaq.
 
Tərtibatçılar bildirir ki, yeni xidmət şirkətlərin əməkdaşlarına müəyyən məhdud qruplar daxilində məlumat və fayl mübadiləsini həyata keçirmək imkanı verəcək. Bu, onların iş prosesinə müsbət təsir göstərəcək və vacib qərarların qəbul edilməsini sürətləndirəcək.
 
"Workplace"in sınaqlarının keçirilməsi bu həftə planlaşdırılır. Pulsuz rəsmi versiya isə istifadəçilər üçün cari ilin oktyabr ayında əlçatan olacaq.
 
Qeyd edək ki, adıçəkilən messencer səsli və videozənglər təklif edir. Axıcı video (streaming) da mümkün olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR