ABŞ-da uşaqlar atəşə tutulub, 3 nəfər yaralanıb

ABŞ-da uşaqlar atəşə tutulub, 3 nəfər yaralanıb
09:05 13 Aprel 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün Amerikanın Hyuston şəhərində (Texas ştatı) açılan atəş nəticəsində üç uşaq güllə yarası alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, atəş evə qayıdan uşaqlara onların yanından ötüb keçən yolsuzluq avtomobilindən açılıb. Hadisə şahidinin sözlərinə görə, 11 yaşlı qız çiynindən, eyni zamanda iki oğlan uşağı ayağından yaralanıb. Uşaqlar xəstəxanaya çatdırılıb.
Hazırda polis atəşin açıldığı avtomobili axtarır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR