İt və pişik əti yemək qadağan olunacaq

İt və pişik əti yemək qadağan olunacaq
09:12 13 Aprel 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Tayvan Parlamenti ölkə ərazisində it və pişiklərin yeyilməsi və satılmasını qadağan edən qanun layihəsini qəbul edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni qanuna əsasən, bu qaydanı pozanlar 8100 dollar dəyərində cərimə olunacaqlar.

Bundan başqa, bu heyvanlara qəsdən zərər yetirən və ya əzab verən şəxslər iki il müddətinədək azadlıqdan məhrum edilə bilərlər. Bu cür hərəkətlər üçün 62,5 min dollar cərimə də nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR