Okean dərinliklərində yeni həyat izləri tapıldı

Okean dərinliklərində yeni həyat izləri tapıldı
09:13 13 Aprel 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

Niderlandlı alimlər daha əvvəl də okeanın naməlum dərinliklərində yeni həyat izləri aşkarlayıblar.

Publika.az xəbər verir ki, bu barədə Niderland alimləri "Proceedings of the National Academy of Sciences of the United States of America" ( Amerika Birləşmiş Ştatlarının Milli Elmlər Akademiyasının materialları) jurnalına danışıblar.

Tədqiqatçılar Sakit okeanda yerləşən Marian çökəkliyi yaxınlığındakı Çamorro sualtı palçıq vulkanının dibindən götürülmüş daşın kimyəvi analizini aparıblar. Tədqiqatlar nəticəsində 46 nümunə üzərində bakteriyaların həyat fəaliyyətinin mövcud olduğu bilinib. Bundan əlavə karbohidrogenlər, lipidlər və amin turşularına da rast gəlinib.

Sadəcə bunlarla həyat izlərinin olduğunu sübut etmək olmaz. Lakin alimlər qeyd ediblər ki, başqa versiyalar olmadığı üçün çox güman ki, palçıq vulkanları vaxtilə dərinliklərdə mövcud olmuş həyatın qalıqlarını yuxarı qaldıra bilər. Hansı ki, bu günə qədər hələ heç kim onları araşdırmayıb.

Tədqiqatçıların hesablamalarına görə, dənizin naməlum dərinliklərindən də 10 km dibdə həyat mövcud ola bilərdi. Dəqiq heç nə demək olmasa da, onlar okeanın dərinliklərində, ən qaranlıq nöqtələrdə enerji mənbəyi olmadan fotosintez prosesinin qeyri-mümkünlüyünə əmindirlər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/194847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR