"Şimali Koreya nüvə proqramını inkişaf etdirir"

"Şimali Koreya nüvə proqramını inkişaf etdirir"
09:27 13 Aprel 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya aşkar surətdə nüvə proqramını inkişaf etdirir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano NHK telekanalına müsahibəsində bəyan edib.
 
"Yon Bon nüvə obyektində uranın zənginləşdirilməsi məqsədi ilə tikililərin sayı iki dəfə artıb. Ətraf ərazilərdə yardımçı binaların inşası davam etdirilir", - Y.Amano qeyd edib.
 
Onun sözlərinə görə, rəsmi Pxenyan əvvəllər bəyan etdiklərini aşkar surətdə həyata keçirir: "Mən artıq uzun müddətdir ki, Şimali Koreyanın nüvə-raket proqramını izləyirəm. Fikrimcə, bu istiqamətdə gərginlik artmaqdadır". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR