"Kara Sevda" da daha bir XƏTA - final edir? - FOTO

"Kara Sevda" da daha bir XƏTA - final edir? - FOTO
09:42 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Türkiyənin reytinqli seriallarından olan "Kara Sevda"da daha bir səhvə yol verilib.

Milli.Az Türkiyə mediasına istinadla bildirir ki, səhv serialdakı kadrların ardıcıllığı ilə bağlıdır. Belə ki, ekran işinin 1 saat 50-ci dəqiqəsinin 5-ci saniyəsi ilə 16-cı saniyəsinin arasında Nihan obrazını canlandıran aktrisa Neslihan Atagül fərqli paltarlada görünür. Profildən çəkilən kadrlarda mavi köynəkdə olan aktrisanın əynində arxadan çəkilən kadrlarda ağ sviter peyda olur.

Qeyd edək ki, bu serialda bir neçə dəfə belə səhvlər olub. Səhvlərin çoxluğu, ekran işinin sonuncu bölümündəki gözlənilməz dəyişikliklər onun finala çıxması barədə iddiaların yayılmasına səbəb olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/534593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR