Sürücü sükan arxasında öldü

Sürücü sükan arxasında öldü
09:44 13 Aprel 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda sürücü sükan arxasında ölüb

 

 

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Tolstoy küçəsində qeydə alınıb. 55 yaşlı Səfər Surxay oğlu Orucovun idarə etdiyi “Mercedes” markalı, 90 BG 188 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək maneəyə dəyib. Hadisə yerinə baxış keçirilərkən sürücünün sükan arxasında ölməsi və bunun nəticəsində avtomobilin idarəetmədən çıxaraq maneəyə dəyməsi məlum olub.

 

 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR