Qurban Qurbanov 45 yaşında - (DOSYE, VİDEO)

Qurban Qurbanov 45 yaşında -   (DOSYE, VİDEO)
10:07 13 Aprel 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür. Fanat.Az xəbər verir ki, mütəxəssis 45 yaşını qeyd edir.


Qurban Qurbanov 1972-ci ilin 13 aprelində Zaqatalada dünyaya gəlib. 


Futbolçu karyerasını Mingəçevirin "Kür" klubunda başlayaraq Azərbaycanın "Daşqın", "Turan", "Neftçi", "İnter", Gürcüstanın "Mertsxali", "Alazani", Rusiyanın "Dinamo" (Stavropol), "Fakel", "Baltika" və "Volqar Qazprom" klublarında çıxış edib. Karyerasını 2006-cı ildə "İnter"də başa vurub.


Qurbanov 1 dəfə "Turan", 3 dəfə "Neftçi" ilə ölkə çempionluğuna, "ağ-qaralar"ın heyətində 2 dəfə Azərbaycan Kubokuna sahib çıxıb.


1992-2005-ci illərdə milli komandada çıxış edən Qurban Qurbanov 67 oyunda 14 qol vurub. O, hələ də milli komandanın ən yaxşı bombardiridi.


2006-2007-ci illərdə "Neftçi"ni çalışdıran Qurban bəy 2008-ci ildən "Qarabağ"a rəhbərlik edir. 45 yaşlı mütəxəssis Azərbaycanın ən yaxşı məşqçisi hesab olunur. Baş məşqçi kimi 3 dəfə Premyer Liqanın qalibi olub, 3 dəfə ölkə kubokunu qazanıb və 3 dəfə Avropa Liqasının qrup mərhələsində oynayıb.


Fanat.Az-ın kollektivi Qurban Qurbanovu təbrik edir, ona karyerasında və şəxsi həyatında daha böyük uğurlar arzulayır.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qurban-qurbanov-45-yanda-t57553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR