Ramil Usubov həkimi rəis təyin etdi - FOTO

Ramil Usubov həkimi rəis təyin etdi  - FOTO
10:13 13 Aprel 2017
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalına rəis təyin edilməsi ilə bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hospitalın Müalicə işləri üzrə rəis müavini, tibb xidməti polkovnik-leytenantı Babaxanov İsbi sözügedən vəzifəyə təyin olunub.

Məlumat üçün bildirək ki, o, 1999-cu ildən bu hospitalda çalışır.

Qeyd edək ki, Arif Heydərov adına Respublika Hospitalının rəisi, tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar bir neçə ay əvvəl təqaüdə göndərilib. (BakiPost)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/194857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR