Avropa kubokunu qazanan cüdoçularımız Vətəndə - FOTOSESSİYA

Avropa kubokunu qazanan cüdoçularımız Vətəndə - FOTOSESSİYA
10:27 13 Aprel 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

Çexiyada yeniyetmələr arasında Avropa kubokunda böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mötəbər turnirdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan və komanda hesabında birinci olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Avropa kubokunda təmsilçilərimizdən Əli Əsgərzadə (50 kq), Vüsal İbrahimov (60 kq), Məhəmməd Abdullayev (+90 kq), Vüsalə Kərimova (40 kq) qızıl, Ayxan Tanrıverdiyev (55 kq) gümüş, Əmrah Səlimli (55 kq) və Cəfər Əkbərli (90 kq) isə bürünc medal qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR