Diş ağrısından bu sadə üsulla xilas olun

Diş ağrısı çəkənlər nə qədər əzabverici olduğunu bilir. Gecə anidən diş ağrısı ilə qarşılaşmısınızsa, bu iki məhsulla problemdən xilas ola biləcəksiniz.

Metbuat.az xəbər verir ki, möcüzəvi qarışımı hazırlamaq üçün ½ yemək qaşığı üyüdülmüş mixək, ½ yemək qaşığı hindistan qozu yağına ehtiyacınız var. Hər iki məhsulu qarışdırıb, ağrıyan dişinizə sürtün. Ağrının azaldığını hiss edəcəksiniz.

Qeyd edək ki, mixəyin tərkibində ağrıkəsici “ojenol” adlı maddə var. Bu maddədən stamatoloqlar diş ətinin keyləşdirilməsi üçün istifadə edir. Təbii hindistan qozu yağında isə bakteriya və infeksiyaların qarşısını alan maddələr var.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR