Ançelotti: "Hələ də şansımız var"

Ançelotti: "Hələ də şansımız var"
10:37 13 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bu nəticə hələ hər şeyin həll olunduğu demək deyil. "Real"a bizə ümid yeri qoydu.  Birinci hissədə əla oynadıq. Ancaq bunu 90 dəqiqə ərzində təkrarlaya bilmədik. "Real" kimi komandaya qarşı on nəfərlə oynamaq çətin idi.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Bavariya"nın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında "Real"a 1:2 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

O, reallaşdıra bilmədikləri penaltinin matçın gedişatını dəyişdirdiyini söyləyib: "İkinci qolu vura bilmədik. Fasilədən dərhal sonra isə rəqib hesabı bərabərləşdirdi. Bunlar oyununun gedişatını dəyişdirdi. Ronaldo bu matçda həlledici rol oynadı. Onun bu cür futbolçu olduğunu bilirdik".

K.Ançelotti cavab qarşılaşması haqda da danışıb: "Cavab oyunu çətin olacaq. Ancaq hələ də şansımız var. Ondan istifadə etməyə çalışacağıq. Ən yaxşı oyunumuzu nümayiş etdirməliyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR