Dağıstanda cinayətkar dəstənin başçısı öldürüldü

Dağıstanda cinayətkar dəstənin başçısı öldürüldü
10:38 13 Aprel 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında cinayətkar dəstənin başçısı öldürülüb.

Publika.az xəbər verir ki, bu haqda TASS agentliyi Milli terrorçuluğa qarşı komitənin (NAK) informasiya mərkəzinə istinadən bildirib.

“Kumtorkalinsk rayonunun Tyube kəndi yaxınlığında federal avtomobil yolunda zərərsizləşdirilmiş cinayətkarlar arasında dəstənin başçısı İlyas Xəlilov var”, - idarədən bildirilib.

Məlumata görə, döyüşçünün hesabında terror xarakterli bir çox cinayət, həmçinin Talqi kəndinin iki sakininin qətli, Karamaxi kəndində hüquq-mühafizə orqanlarının əməkdaşlarına sui-qəsd və biznesmenlərdən terror fəaliyyətinin maliyyələşdirilməsi üçün böyük miqdarda pulun götürməsi kimi cinayətlər var.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR