AZƏRBAYCANDA DƏHŞƏT: polis əməkdaşı 3 yaşlı uşağın ölümünə səbəb oldu

AZƏRBAYCANDA DƏHŞƏT: polis əməkdaşı 3 yaşlı uşağın ölümünə səbəb oldu
10:39 13 Aprel 2017
132 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda faciəvi hadisə baş verib. Lent.az xəbər verir ki, rayonun Mustafaağalı kəndində Yevlax Xətt Polis Şöbəsinin əməkdaşı Çingiz Quluzadə idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2014-cü il təvəllüdlü Mehrac Həsənzadəni vurub. 3 yaşlı uşaq aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

 

Bildirilir ki, ölən uşaq hadisəni törədən polisin uzaq qohumu olub. Ç.Quluzadə həmin kənddə yaşayır və kənddaxili yolda azyaşlının avtomobilin qarşısına çıxması zamanı qəzadan yayına bilməyib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR