Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmiş jurnala basqın, 10 nəfər öldürüldü - FOTO

Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmiş jurnala basqın, 10 nəfər öldürüldü - FOTO
15:57 7 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada nəşr olunan “Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücum olub.

APA-nın “Le Figaro”ya istinadən verdiyi məlumata görə, 2 naməlum şəxs redaksiyaya daxil olaraq əməkdaşları atəşə tutub. Onların “Kalaşnikov” avtomatları ilə atəş açdıqları bildirilir.

İlkin informasiyalara əsasən, hadisə zamanı 10 nəfər ölüb, 5 nəfər yaralanıb. Basqınçılar hadisə yerindən uzaqlaşarkən polisləri də atəşə tutublar, nəticədə 1 polis əməkdaşı yaralanıb.

Olayla əlaqədar Fransa prezidenti Fransua Olland hökumətin təcili iclasını çağırıb.

Qeyd edək ki, “Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmişdi. Jurnal bu gün baş verən terror aktından qısa müddət öncə “Twitter” səhifəsindən “İŞİD” lideri əl-Bağdadinin karikaturasını paylaşıb.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR