Dövlət vətəndaşlara pul paylayacaq

Pekinin Dövlət Təhlükəsizlik İdarəsi Çin vətəndaşlarına casusluq fəaliyyəti barədə dövlət qurumlarına məlumat verməyi təklif edib. Bu cür məlumat müqabilində 500 min yuanadək və ya 72 min dollara yaxın mükafat vəd olunur.

Bu cür informasiyaya malik vətəndaşlar telefon vasitəsilə, məktub yollamaqla və ya təhlükəsizlik orqanlarına şəxsən gəlməklə məlumat verə bilərlər. Mükafatın məbləği verilən informasiyanın vacibliyi ilə müəyyən olunacaq. Ən az pul mükafatı 10 min yuan və ya 1500 dollara bərabər olacaq. //İstiPress


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR