İTV-nin baş direktoru kim olacaq?

İTV-nin baş direktoru kim olacaq?
11:03 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə elan edilən müsabiqədə iştirak etmək üçün hələ ki rəsmi müraciət edilməyib.

Bu barədə Publika.az-a Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib.

Şuradan bildirilib ki, müsabiqədə iştirak etmək üçün maraqlananlar var: “Müraciət edənlər müsabiqə şərtləri və s. barədə soruşur. Biz də məlumat veririk. Lakin rəsmi formada müraciət edilməyib”.

Qeyd edək ki, aprelin 12-dən Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

Namizədlər sənədlərini aprelin 12-dən 22-dək Milli Televiziya və Radio Şurasına təqdim etməlidirlər. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra "İctimai Televiziya və Radio Yayımı haqqında" qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim ediləcək.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/194865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR