Avtobusda qadını zorlayan sürücü: "Normal qadının gecə saat 11-də küçədə nə işi var?"

Avtobusda qadını zorlayan sürücü: "Normal qadının gecə saat 11-də küçədə nə işi var?"
11:05 13 Aprel 2017
219 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvar ayında Ankaranın Etimesgul mahalında sürücülük etdiyi bələdiyyə avtobusunda sərnişinə təcavüz edən şəxs hakim qarşısına çıxıb.

Milli.Az "Onedio"ya istinadla bildirir ki, İbrahim Tuncay adlı sürücü yanvar ayının 4-də saat 23:30-da qadın sərnişini zorlayıb.

Hadisədən sonra tutulan İbrahimin 48 il müddətinə həbsi tələb olunurdu.

O, hakim qarşısında özünü müdafiə zamanı təəccübləndirib. Belə ki, o, hakimlərə "Normal qadının gecə saat 11-də küçədə nə işi var? Bir qadın saat 11-də avtobusa niyə tək minsin?" deyib.

Onun bu sözləri Türkiyədə geniş müzakirələrə səbəb olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR