1100 il əvvələ aid qadın cəsədi tapıldı - Ayağında "Adidas" ayaqqabısı var - FOTO

1100 il əvvələ aid qadın cəsədi tapıldı - Ayağında "Adidas" ayaqqabısı var - FOTO
12:05 13 Aprel 2017
123 Maraqlı
Ölkə mətbuatı
A- A+

Monqolustan dağlarından 1100 il əvvələ aid olduğu təxmin edilən çürümüş qadın cəsədi tapılıb.

Milli.Az "Mirror"a istinadla bildirir ki, 30-40 arası yaşı olduğu ehtimal edilən qadının cəsədində diqqət çəkən müəmmalı məqamlar var. Belə ki, onun ayağındakı qırmızılı-qaralı ayaqqabı məşhur "Adidas" firmasının ayaqqabılarını ağla gətirir.

Onun basdırıldığı məzardan ayaqqabıdan əlavə, çanta, daraq və güzgü də tapılıb.

Arxeoloqların fikrinə görə, qadın, dəbdəbəli görünsə də, nə kral nəslindən olub, nə də elit təbəqədən.

O, torpağa at və metal üzəngi ilə basdırılıb ki, üzəngi bu gün də istifadə oluna biləcək qədər yaxşı vəziyyətdə qalıb.

Alimlər düşünür ki, qadın 1100 il öncə Altay dağlarında aldığı ciddi kəllə travmasından ölüb. Lakin səbəbi məlum deyil.

Onun uzun müddətlik əziyyətlə təmizlənən uzun boğazlı çəkməsinin üzərindəki qırmızı zolaqlar "Adidas" firmasının emblemi ilə eynilik təşkil edir.

Bu gün The Siberian Times-da yayılan yeni şəkillər də sübut edir ki, ayaqqabının üzərindəki zolaqlar qırmızı rəngdədir.

Milli.Az maraqlı görüntüləri təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR