ABŞ və Şimali Koreya ordusu üz-üzə

Şimali Koreya müharibəyə hazırlaşır.

Metbuat.az bildirir ki, ABŞ və Şimali Koreya arasında yaşanan gərginlik artan xətlə davam edir. Dünya mediasında yer alan xəbərə əsasən, Şimali Koreya prezidenti Kim Çen In paytaxtdakı əhalinin dərhal təxliyyə edilməsi barədə əmr verib. Ölkədə hərbi qüvvələr müharibə vəziyyətinə gətirilib. Şimali Koreya qaynaqlarında isə qeyd edilir ki, sərhəd ərazilərdə yaşayan əhalinin sığınacaqlara yerləşdirilməyə başlanılıb.

Şimali Koreyanın Trampın hədəfinə çevrilməsinə səbəb ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, raket sınaqlarını davam etdirməsi olub. Ötən gün Trampin əmri ilə "USS Karl Vinson" təyyarə gəmisinin rəhbərlik etdiyi hücum donanması Koreya yarımadasına getmək üçün Sakit Okeana doğru yola çıxıb. ABŞ Müdafiə Nazirliyi qaynaqları "USS Karl Vinson" təyyarə gəmisinin rəhbərliyindəki hücum donanmasının Sinqapurdan Koreya yarımadasına gedəcəyini açıqlayıb.

İki nüvə dövlətinin ziddiyyəti müharibə ilə nəticələnə bilərmi?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Nəsirli bildirib ki, Şimali Koreya ilə ABŞ arasında müharibə başlamayıb. İki dövlət arasında real informasiya müharibəsinə start verilib:

“Bu gun ABŞ-ın iki dövlət ilə münasibətləri gərginlik nöqteyi nəzərdən pik nöqtəyə çatıb. Onlardan biri Suriya, ikincisi isə Şimali Koreyadır. Şimali Koreya ABŞ Dövlət Departamentinin terrorizmdə ittiham etdiyi ölkələr sırasındadır. Barak Obamanın dövründə ABŞ-Şimali Koreya münsibətləri gərgin olaraq qalmaqda idi. Lakin trampın prezidentliyə başlamsından sonra biz o gərginliyin artmasının şahidi olduq. Artıq iki dövlət arasında müharibənin başlaması haqqında müxtəlif versiyalar səslənməkdədir. Bütün bunlar Şimali Koreya və ABŞ arasında real deyil. İnformasiya müharibəsinin çox mühüm elementləridir. İki dövlət arasında hazırda real olaraq informasiya müharibəsinə start verilib”.

Millət vəkili əlavə etdi ki, heç bir nüvə dövləti ilə bu gün müharibəyə başlamaq mümkün deyil:

“ABŞ-ın müvafiq dairələri Şimali Koreya ilə müharibənin hansı fəlakətlərə yol açacağını hesablayıb. 2006-cı ildən bəri Şimali Koreya nüvə sınaqları həyata keçirir. O artıq nüvə dövləti olduğunu bəyan edib. Belə vəziyyətdə nüvə dövləti ilə müharibəyə başlamaq qlobal fəlakətə gətirə bilər. "Soyuq müharibə" dövründə ABŞ ilə SSRİ arasında müharibə başlamadı. Ona görə ki, ikisi də nüvə dövləti idi. Sadəcə olaraq, ABŞ Şimali Koreyaya “qulaq burması” vermək istəyir ki, özünü yığışdırsın. Lazım gələrsə, ABŞ onunla sərt danışa bilər. “Tramp obama deyil” məntiqini ortaya qoymaq istəyirlər.

Qeyd etmək istəyirəm ki, Şimali Koreya və ABŞ-ın nüvə dövləti olması bu iki dövlət arasında müharibənin başlanmasını qeyri-real edir. Çünki bu iki dövlət arasında müharibə başlayarsa, bu, qlobal bir mahribəyə çevrilə bilər”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR