Mülayim hava şəraiti hansı bitkilərə ziyan vurub?

15:57 7 Yanvar 2015
98 Sosial
Ölkə mətbuatı
A- A+

Hava şəraitinin mülayim keçməsi aran rayonlarında bağlara ciddi ziyan vurub. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, qar, şaxta olmayanda, ağaclar qış yuxusuna gedə bilmir. Bu isə istirahət edə bilməyən ağacların yaz fəslinədək daha çox yorulmasına səbəb olur. Bununla yanaşı, ağac qabığında olan həşəratlar da inkişaf edərək çoxalır.

Bütün bunlar isə məhsuldarlığın aşağı düşməsinə, bağçılığın geriləməsinə səbəb ola bilər. Mütəxəssis İlqar Əsədovun sözlərinə görə, mülayim hava şəraiti əkilən soğan və sarımsağa da mənfi təsir göstərir. Qarın yağmaması səbəbindən taxıl sahələrinə də ziyan dəyir.

Mütəxəssis Ələddin Abbasov bildirir ki, mülayim hava şəraitində həm taxıl tez inkişaf edir, həm də həşəratlar fəallaşır. Bu isə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Mütəxəssislər onu da bildirirlər ki, qış fəslinin bundan sonrakı dövründə hava şəraiti sərt keçsə, qar yağsa, bu, kənd təsərrüfatı bitkilərinə müsbət təsir göstərər.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR