Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı Ali Hərbi Məktəbdə olub

Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı Ali Hərbi Məktəbdə olub
13:14 13 Aprel 2017
188 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib.

 

Nümayəndə heyəti ali hərbi təhsil müəssisəsinin hərbi dəniz fakültəsindəki tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da yaxından tanış olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR