Kliçko: "Ukrayna-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi vacibdir" - FOTO

Kliçko: "Ukrayna-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi vacibdir" - FOTO
13:17 13 Aprel 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna və Azərbaycan, Kiyev və Bakı arasında münasibətlərin daha da yaxınlaşması və inkişaf etməsi çox vacibdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanda səfərdə olan Kiyev şəhərinin meri Vitali Kliçko deyib.

O qeyd edib ki, prezident İlham Əliyevlə görüşü zamanı biznes sahəsində əməkdaşlığın, mədəniyyət, eləcə də idman sahəsində münasibətlərin inkişafı məsələsi müzakirə olunub.

V.Kliçko tərəflər arasında beynəlxalq tədbirlərin keçirilməsində təcrübə mübadiləsinin vacibliyini qeyd edib:

"Tezliklə Kiyevdə "Avroviziya" mahnı müsabiqəsi keçiriləcək. Bu müsabiqəni yüksək səviyyədə keçirmək üçün Azərbaycanın təcrübəsindən yararlanmaq bizim üçün maraqlıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR