Ronaldu: "Vidal penaltini dəqiq yerinə yetirsəydi...."

Ronaldu: "Vidal penaltini dəqiq yerinə yetirsəydi...."
13:22 13 Aprel 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının 1/4 final mərhələsində "Bayvariya"ya qarşı keçirilən ilk oyunda 2 qol vurmaqla komandasına qələbə qazandırıb. 

Milli.Az goal.az-a istinadən bildirir ki, matçdan sonra postuqaliyalı ulduz bunları deyib:

""Bavariya" ilə oyunda qalib gəlmək çətin vəzifədir. Amma fasilədən dərhal sonra fərqlənib vəziyyəti yoluna qoyduq. Cavab oyunu öncəsi yaxşı durumdayıq. Futbolda sürprizlər çox olur. Vidal penaltini dəqiq yerinə yetirsəydi, oyun başqa cür alına bilərdi. Mənə şübhə edənlərin az olduğunu düşünürəm. Oyunumu izləyənlər nəyə qadir olduğumu bilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR