Zob vaxtında müalicə edilsə, əməliyyata ehtiyac yoxdur

Zob xəstəliyinin əsas səbəbi də orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Belə ki, qalxanvari vəzin funksiyası pozulduqda o ya normadan çox işləyir, ya da az.

Metbuat.az məlumat verir ki, endokrinoloqlar zobdan əziyyət çəkənləri xarici görünüşdən tanımağın mümkün olduğunu deyir: Gözlərin bərəlmiş olması, çox arıq, əsəbi olması, ürəyin tez-tez döyünməsi zobun əlamətlərindəndir. Belə insanlar həmişə istilənir, ürək döyünmə çox olduğuna görə tövşüyürlər. Xəstəlik nəticəsində insanlar həddindən artıq səbrsiz olurlar. Belələrində tərləmə güclü olur, əlləri isə əsir. Bu cür əlamətləri hiss edən adam mütləq endokrinoloqa müraciət etməlidir. Çünki zob müalicə olunan xəstəlikdir. Lakin tez müdaxilə olunmadıqda bir çox fəsadlara yol açır.

Məsələ ilə bağlı həkim-endokrinoloq Səadət Fətəliyeva Metbuat.az-a açıqlamasında deyib: “Qalxanvari vəzin xəstəlikləri diffuz toksiki zob, buna el arasında zəhərli zob da deyilir. Düyünlü zob, autoimmun trioid və endemik zob olmaqla bir neçə növə bölünür”.

Həkim əlavə edib ki, diffuz toksiki zob 1-ci və 2-ci dərəcələrində müalicə olunur. Ancaq 3-cü dərəcədə artıq əməliyyat olunmalıdır. Düyünlü zobda düyünlərin ölçüsü böyükdürsə, əməliyyat olunur. Autoimmun triodid, yəni xaşimoto zobu isə 2-ci və 3-cü dərəcələrində artıq müalicəyə tabe olmadığı üçün əməliyyat edilməlidir. “Ümumiyyətlə, zobu vaxtında müayinə etmək lazımdır ki, digər dərəcələrə keçməsin və əməliyyata ehtiyac qalmasın”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR