ABŞ səfirinə cavab: "Azərbaycanı yükləmək və problemin mərkəzinə sürükləmək istəyirlər"

ABŞ səfirinə cavab: "Azərbaycanı yükləmək və problemin mərkəzinə sürükləmək istəyirlər"
13:42 13 Aprel 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın "Azərbaycan Suriyada bizə kömək etsin" açıqlamasını anlamıram. Suriyada Bəşər Əsədə qarşı yürüdülən siyasətdə Azərbaycan niyə Amerikanın yanında olmalıdır?

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın təhlükəsizlik maraqlarına uyğun deyil:

"Mən Rusiyanın xarici siyasətini zərərli hesab edirəm, ancaq Suriyaya görə Kremllə niyə düşmən olmalıyıq? Axı bizim Suriyada özəl maraqlarımız yoxdur. Bəli, şəxsən mən də Bəşər Əsədin legitimliyini çoxdan itirdiyini və bu şəxsin hakimiyyətdən getməsi zərurətini dəstəkləyirəm. Ancaq mən müstəqil siyasi ekspertəm, rəsmi Bakı isə bu mövqedən çıxış edə bilməz".

Politoloqun fikrincə, Qarabağ məsələsində Azərbaycan üçün heç nə etməyənlər indi onu problemin mərkəzinə sürükləmək istəyirlər: "Azərbaycanın Yaxın Şərqdə, eləcə də Suriyada özəl maraqları yoxdur. Yeganə istəyimiz Suriyada müharibənin bitməsi və bu ölkənin ərazi bütövlüyünü təmin etməsidir. Vəssəlam. Bundan artığını rəsmi Bakı açıqlaya bilməz. Yaxşı olardı ki, Amerikanın Ermənistandakı səfiri deyərdi ki, "Suriyada Bəşər Əsədə qarşı mübarizədə Ermənistanın Amerikanın yanında olmasını istəyirik". Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmaq məsələsində İrəvana güldən ağır söz demirlər, Suriyaya gəldikdə isə Azərbaycanı yükləmək və problemin mərkəzinə sürükləmək istəyirlər".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR