IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Sabirabad mərhələsi başlayıb - FOTO

IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Sabirabad mərhələsi başlayıb - FOTO
13:47 13 Aprel 2017
148 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şirvandan sonra növbəti dayanacağı aprelin 13-də Sabirabad rayonu olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Kür və Araz çaylarının qovuşduğu məkandan - Suqovuşan hövzəsindən su götürülüb. İdmanın qaydasız döyüş növü üzrə dünya çempionatının qızıl medalçısı Azad Əsgərov, sərbəst güləş üzrə Azərbaycan çempionu Seyfulla Mehdiyev və Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin IV sinif şagirdi, futbol və rəsm həvəskarı Tahir Quliyev "Bakı-2017"nin misdən hazırlanmış qabını su ilə doldurub, axşam saatlarında şəhərdəki Heydər Əliyev parkında keçiriləcək su festivalına yola düşüblər.

Sonra Sabirabad şəhər Olimpiya İdman Kompleksində "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına daxil olan "Domestic Grassroots" proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, layihənin rəhbəri Ülviyyə Ələkbərova, oyunların ulduz səfirləri, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara qələbə sevinci arzulayıblar.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə 3 və 6-cı sinif şagirdləri arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Qeyd edək ki, Xəzərdən başlayan səyahət 37 gün davam edəcək və mayın 12-də Bakıda açılış mərasimi ilə başa çatacaq. Ölkənin müxtəlif yerlərindən olan uşaqlar göl və çaylardan, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən artıq dövlətini Oyunlarda salamlayacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR