Elza küsüb getdi: "Klounluq etməmişəm, sənətimi göstərmişəm" - FOTO

Elza küsüb getdi: "Klounluq etməmişəm, sənətimi göstərmişəm" - FOTO
14:22 13 Aprel 2017
170 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün "Hozu" filminin qala gecəsi baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində rol alan əməkdar artist Elza Seyidcahan təqdimatda yaradıcı heyətdən küsərək gecəni tez tərk edib.

Əməkdaşımızla söhbətində müğənni filmin yaradıcılarına səslənib. İfaçı bildirib ki, ona verilən vədlərə əməl olunmayıb:
 
"Bu məsələnin səbəbini ictimaiətə açıqlamaq istəmirəm, onların özlərinə deyəcəm. İnsanı filmə dəvət edəndə çox vəd verirlər. Heç olmasa, bunlara əməl etsinlər. Mən orada çəkilmək istəmirdim, tərəddüt edirdim. Orada klounluq etməmişəm, sənətimi göstərmişəm. Başa düşməlidirlər ki, onların filmində adi yoldan keçən müğənni yox, ölkənin əməkdar artisti, sənətkar çəkilib. Orada təbii gözəlliyimi göstərdim. Elza Seyidcahanın qədəmləri harda varsa, ora uğur gətirir. Mən də onlara xeyir-dua verirəm, uğurlu olsun".

E.Seyidcahan qalaya qatılarkən söz-söhbətə səbəb olan geyindiyi libasından, saç düzümündən və makiyajından danışıb:

"Dedilər ki, guya üzümdə və saçımda xaç var. Mən dinini itirən insan deyiləm. Həyatda ən böyük arzum namaz qılmaq və onu heç vaxt atmamaqdır. İndi xoşbəxt deyiləm, çünki namaz qılmıram. Mənim daxili aləmim namaza yaraşır. Məni xalqın gözündən salmağa çalışırlar, amma alınmayacaq. Başını möhürə qoyub, kənarda yüz pislik edənlərdən deyiləm. İmanlı müsəlmanam, imansız yox".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/534714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR