"Facebook Messenger"in qrup çatlarında pulköçürmə mümkün oldu

"Facebook Messenger"in qrup çatlarında pulköçürmə mümkün oldu
14:52 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Facebook" sosial şəbəkəsi "Messenger"in qrup çatlarında pulköçürmə funksiyasını işə salıb.

Milli.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Facebook"un bloqunda məlumat verilib.

Hazırda yeni funksiya yalnız ABŞ-dan olan istifadəçilər üçün "Messenger"in veb versiyasında və "Android" əlavəsində işləyir, yaxın vaxtlarda isə iOS versiyası da əlçatan olacaq.

Həmsöhbətlərdən pul istəmək üçün istifadəçi ödənişlər menyüsünə daxil olmalı və ona pul köçürməli olan qrup istifadəçilərini seçməlidir. Bundan sonra ödənişin ümumi məbləğini və bir adamın adını yazmalıdır. Adı çəkilən istifadəçilər sorğunu aldıqdan sonra kartla pul köçürə biləcəklər. Bu zaman "Facebook" ödənişlərdən komissiya haqqı tutmayacaq.

Qeyd edək ki, "Messenger"in dialoqlarında pulköçürmə sistemi 2015-ci ildən işə salınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/534745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR