Ərdoğanın bığı dəbə düşdü - FOTO

Ərdoğanın bığı dəbə düşdü - FOTO
15:23 13 Aprel 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bığ forması hakim partiya üzvləri arasında dəbə düşüb.

Bu barədə Publika.az Associated Press-ə istinadən məlumat verir. Bildirilir ki, hazırda baş nazirliyində, mədəniyyət nazirliyində, hətta əvvəllər üzünü tam təraş etməyə üstünlük verən iqtisadiyyat və xarici işlər nazirliklərində də belə bığlar peyda olub.

Əcnəbi şərhçilər belə hesab edirlər ki, ölkə başçısına bənzəmək istəyi təzəlikcə formalaşıb. Daha doğrusu, 2016-cı ilin 15 iyulunda ölkədə çevrilişə cəhddən sonra özünü Ərdoğana sadiq göstərmək istəyənlər onun stilinə müraciət edirlər.

Həm də deyirlər ki, bığ terrorla mübarizə aparan dövlət məmurlarına daha ciddi görkəm verir.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/194907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR