İlk robotlaşdırılmış ayaq nümayiş olunub

İlk robotlaşdırılmış ayaq nümayiş olunub
15:35 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

“Toyota” şirkəti ilk robotlaşdırılmış “Welwalk WW-1000” ayaq prototipini nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “AN” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, bu ilin sonunda satışa çıxarılması gözlənilən “Welwalk WW-1000” qurğusu onun yuxarı hissəsində yerləşən xüsusi kontrollerdən siqnallar alan robotlaşdırılmış ramadan ibarətdir və sinir sonluqlarına xüsusi sensorlar vasitəsilə qoşulur. Bu, siqnalların ötürülməsini, eləcə də hərəkətə gətirilmə üçün onların şifrlərinin açılmasını təmin edir.  

Məlumata görə, hazırda “Toyota Motor Corp” Tokioda qurğunun sınaqlarını keçirir. Test zamanı mütəxəssislər qurğunun dözümlüyünü yoxlayaraq ondan qaçış zolağında bir neçə saat istifadə ediblər. Nəticədə məlum olub ki, qurğunun əsas problemi gündəlik istifadə zamanı tezliklə sıradan çıxa bilən elastik birləşmələrdir.   

Mütəxəssislərin sözlərinə görə, qiyməti 3200 dollar təşkil edən “Welwalk WW-1000” qurğusu insan ayağının funksionallığını tam əvəz edərək onu zədələrə daha davamlı edən ən müasir protezdir.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47124-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR