Sərhədi pozmuş 2 nəfər tutuldu

Sərhədi pozmuş 2 nəfər tutuldu
16:09 13 Aprel 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin qeyri-leqal miqrasiya məqsədi ilə pozulması hallarının qarşısının alınması istiqamə­tin­də tədbirlər davam etdirilməkdədir. Lent.az DSX-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 12.04.2017-ci il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayonu Alaşa kəndi ərazisindəki sərhəd  zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 17.03.1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb. Bundan başqa bu gün Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublika­sından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 21.09.1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.

 

Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR