Azərbaycanda xristian məhkumlar Milad bayramını qeyd ediblər (FOTO)

Azərbaycanda xristian məhkumlar Milad bayramını qeyd ediblər (FOTO)
15:58 7 Yanvar 2015
101 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda xristian dininə ibadət edən məhkumlar Milad bayramını qeyd ediblər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Milad bayramı münasibətilə Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası keşişlərinin iştirakı ilə Xidmətin ayrı-ayrı cəzaçəkmə müəssisələrində xristian dininə ibadət edən məhkumlar üçün nəzərdə tutulmuş dini ibadət otaqlarında mərasimlərin keçirilməsinə şərait yaradılıb.

Yanvarın 7-də dini ayinlərin icra edilməsi ilə əlaqədar Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının keşişi protoiyerey Mefodiy 15 saylı cəzaçəkmə müəssisəsində olub, pravoslav kilsəsinə mənsub məhkumlarla görüş keçirib, dini mövzuda mühazirələr söyləyib, dualar oxuyub.

Tədbirin sonunda məhkumlara bayram hədiyyələri təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR