"Əlini verməyən kişi deyil" —

Şəhərin Nəsimi rayonundakı mikrorayonların birində özünə qəsd etmək istəyən şəxs binanın damına çıxıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Beşmərtəbəli binanın damına çıxan polis özünü aşağı atmaq istəyən şəxsi qeyri-adi üsulla xilas edib.

Polis serjantı özünə qəsd etmək istəyən şəxsə yaxınlaşaraq: "Əlini mənə ver, vermiyən kişi deyil, vermiyən alçaqdır"-deyib.

Belə bir ifadə nəticəsini verib. Çox güman ki, söyüş götürməyən şəxs əlini polisə uzadıb və onu damdan endiriblər. (1news.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR