Cəlilabadda avtoqəza:

Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun rayonun Qarakazımlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə “VAZ-2107” markalı avtomaşınla toqquşub. Qəza nəticəsində bir ailənin iki üzvü xəsarət alıb. Yaralılar - rayonun Ocaqlı kənd sakinləri, 1964-cü il təvəllüdlü Abıyev Bəhmən Bəhmən oğlu və 1967-ci il təvəllüdlü Gülnaz Məmi qızı Abıyevadır. Onlar Cəlilabad rayon mərkəzi xəstəxanasının travma şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR