TAP-ın yeni icraçı direktoru təyin edilib

TAP-ın yeni icraçı direktoru təyin edilib
16:03 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Aygün Bədəlova/

Yen Bredşou Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsinin yeni icraçı direktoru təyin edilib.

Trend xəbər verir ki, bu barədə TAP-ın çərşənbə günü yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, Y.Bredşou bu postda dörd il yarımdan çox TAP layihəsinə rəhbərlik edən Kyetil Tunqladı əvəz edib.

Bundan əvvəl Y.Bredşou Britaniyanın "BG Group" neft-qaz şirkətində müxtəlif yüksək vəzifələri tutub.

O, son təyinatadək "BG Group"un əsas layihələr üzrə baş vitse-prezidenti olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR