ARDNŞ göstəriciləri açıqladı

ARDNŞ göstəriciləri açıqladı
16:06 7 Yanvar 2015
132 Ölkə
Ölkə mətbuatı
A- A+

2014-cü ilin dekabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 462 min 950 ton Azərbaycan nefti nəql olunub.

ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 milyon 508 min 192 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il yanvar ayının 1-ə qədər BTC-yə 263 milyon 649 min 785 ton neft vurulub.

Bundan başqa, ötən ilin dekabr ayında BTC kəməri ilə ümumilikdə 644 min 134 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Ötən ilin dekabr ayında Ceyhan limanından isə 2 milyon 684 min 967 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 2 milyon 194 min 300 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 29 milyon 127 min 245 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il yanvar ayının 1-ə qədər Ceyhan limanından 262 milyon 271 min 159 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=318222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR