İspaniya polisi göyərtəsində 1,5 ton kokain olan gəmi saxlayıb

16:17 7 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 16:14 ]

Kokainin ümumi dəyərinin 150 mln. avro olduğu güman edilir

Bakı – APA. İspaniya polisi Venesuelaya məxsus gəmidə 1.5 ton kokain aşkarlayıb.

 

APA-nın “La Voz de Galicia” nəşrinə istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat zamanı 16 nəfər, o cümlədən tanınmış narkotik ticarətçisi Rafael Buqalyo həbs olunub.

 

Venesuela bayrağı altında üzən gəmin Atlantik okeanda, Kabo-Verdedən 80 mil aralıda saxlanılıb. Gəmidə 9 nəfər olub.

 

Aşkarlanmış kokainin ümumi dəyərinin 150 mln. avro təşkil etdiyi güman olunur. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR