İspaniya polisi göyərtəsində 1,5 ton kokain olan gəmi saxladı

İspaniya polisi göyərtəsində 1,5 ton kokain olan gəmi saxladı
16:32 7 Yanvar 2015
87 Dünya
Ölkə mətbuatı
A- A+

Kokainin ümumi dəyərinin 150 mln. avro olduğu güman edilir
İspaniya polisi Venesuelaya məxsus gəmidə 1.5 ton kokain aşkarlayıb.

APA-nın “La Voz de Galicia” nəşrinə istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat zamanı 16 nəfər, o cümlədən tanınmış narkotik ticarətçisi Rafael Buqalyo həbs olunub.

Venesuela bayrağı altında üzən gəmi Atlantik okeanda, Kabo-Verdedən 80 mil aralıda saxlanılıb. Gəmidə 9 nəfər olub.

Aşkarlanmış kokainin ümumi dəyərinin 150 mln. avro təşkil etdiyi güman olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR