"Goji Berryi"nin faydaları... - Xərçəngin dərmanıdır

Çində şorbalardan şirniyyatlara qədər bir çox yeməyə qatılan "Goji Berry"i bitkisi ölkəmizdə çay olaraq istifadə edilir.

Metbuat.az xəbər verir ki, "Goji Berry"nin faydaları saymaqla bitmir. Lif və antioksidantla zəngin olan meyvə dərinin qocalmasının qarşısını alır. Dəri problemlərinə olduqca faydalıdır. Meyvə həzm və mədə problemlərinin qarşısını alır. "Goji"nin tərkibində Zeaxanthin və Provitamin A (Beta Karoten) kimi karotenoidlər var. Bu maddələr göz sağlamlığı üçün çox vacibdir. Tərkibi C vitamini ilə zəngindir. İmmunitet sistemini gücləndirir. "Goji Berry" tərkibindəki amino asitlər sayəsində yağ yandırmağı sürətləndirir. Pəhriz saxlayanların menyusunda yer alan qidalardan biridir.

Elmi araşdırmalar nəticəsində məlum olub ki, meyvə hər iki cinsdə də cinsi gücü artırır.

Kalsiumla zəngin olan "Goji Berry" sümük sağlamlığı üçün faydalıdır.

İçərisindəki betain bədəndə kolin maddəsinə çevrilərək beyindəki yaddaş və xatırlama funksiyalarını yüksəldir.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR