Fransua Olland jurnalın redaksiyasına hücumu terror aktı adlandırdı

Fransua Olland jurnalın redaksiyasına hücumu terror aktı adlandırdı
16:33 7 Yanvar 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Fransa Prezidenti Fransua Olland "Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücumun terror aktı olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti “Royters” agentliyinə istinadən xəbər verir.

F.Olland bəyan edib: "Bu, şübhəsiz ki, terror aktıdır. Son həftələr ərzində daha bir neçə bənzər terror aktının qarşısı alınıb".

“Frans Press” agentliyinin son məlumatına görə, hadisə qurbanlarının sayı 11 nəfərədək artıb, daha 10 nəfər yaralanıb.

Qeyd edək ki, bundan əvvəl “Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR