Bədənə döymə vurdurmaq...

Son vaxtlar insanlar arasında döymə vurdurmaq dəbə çevrilib. Xüsusilə yaz və yay aylarında, çimərlik mövsümü başladıqda bədəninə şəkil döydürən gənclərin sayı nəzərə çarpacaq dərəcədə artır.

Hər kəs döymə vurdura bilər? Döymənin sağlamlığa ziyanı var?

Suallarımızı döymə ustası Kənan Həsənov cavablandırıb: “Döyməni 18 yaşdan yuxarı hər kəs bədənin hər yerinə vurdura bilər”.

Usta Kənan deyir ki, döymə vurdurarkən ehtiyatlı olmaq lazımdır. Ucuz və kustar üsulla, qeyri-professional ustanın etdiyi döymə ciddi fəsadlara dəridə problemlərə, hətta xərçəngə səbəb ola bilər.

Kənan Həsənov əlavə edib ki, şəkər xəstələri döymə vurdura bilməz: “Dərisi incə olan insanlara döymənin düşüb-düşməmək söhbəti var”.

Döymə vurdurmaq günahdır?

Məsələyə ilahiyyatçı Hacı Fuad Pənahlı aydınlıq gətirib: “Döymənin 2 növu var. Bəzi döymələr dərinin üstündə yapışqan kimi qalır, onlar dəstəmazı, qüsulu, orucu, namazı batil etdiyi üçün haramdır. Ancaq dərinin altına naxış kimi yerləşdirilən döymələri vurdurmaq haram deyil, sadəcə bəyənilmir, mömin insanın sifətlərindən sayılmır. Döymə ilə Allahın, peyğəmbərlərin, imamların adını vurdurmaq günahdır”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR