İnsanın qanını içərək sağaldır - ZƏLİ İLƏ MÜALİCƏ - HƏKİM MƏSLƏHƏTİ

Qədimdə zəli ilə bir çox xəstəliyi sağaltmaq mümkün olub. Ondan yalnız müalicə məqsədilə deyil, kosmetologiyada da istifadə ediblər. Belə ki, saray xanımları üzlərinə, qulaq diblərinə zəli qoyurlarmış ki, gözəl görünsünlər. Hazırda xalq təbabətində zəlidən geniş istifadə edilir.

Həkim-nevropatoloq-hirudoterapet Pərvanə Osmanova Metbuat.az-a açıqlamasında deyib: “Zəli ilə müalicə hər bir şəxs üçün fərdi formada aparılır. Ondan onurğa beyin oynaqlarınının, radukilit, bronxit, göz daxili xəstəliklərin müalicəsində istifadə edirlər. Babasilin müalicəsində ən effektiv üsul zəlidir”.

Pərvanə Osmanova əlavə edib ki, hər zəli müalicə məqsədilə istifadə edilə bilməz: “Azərbaycanda 400-500 zəli növü var. Onların içərisində xüsusi tibbi zəlilər var ki, onlardan istifadə etmək lazımdır. Zəlidən istifadə edərkən bəzi qaydalara əməl etmək lazımdır, yaxşı olar ki, mütəxəssis bu işlə məşğul olsun”.

Azərbaycanda ilk dəfə olaraq, zəlilələrin süni şəraitdə çoxaldılmasına nail olunub. Zəlilərin süni şəraitdə çoxaldılmasına nail olunduğundan onun təbiətdən ovlanmasına ehtiyac olmayacaq. Xarici ölkələr Azərbaycan zəlilərini çox həvəslə alırlar.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR