Qonşusunun evinə su axıdan ulduz məhkəməyə verildi

Qonşusunun evinə su axıdan ulduz məhkəməyə verildi
16:36 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2015-ci il məşhur Hollivud aktrisası avstraliyalı Nikol Kidman üçün uğursuz başlayıb. Belə ki, Hollivud ulduzunu qonşusu məhkəməyə verib.

Buna səbəb isə onun evindən qonşuya su axması olub. ANS PRESS-in məlumatına görə, yanvarın 5-də aktrisanın Nyu-Yorkdakı evində su boruları partlayıb və qonşusunun evini su basıb.

Kidmanın alt mərtəbədəki qonşusunun iddiasına görə, evinə 46 min dollarlıq ziyan dəyib.
Qonşunun fikrincə, borular keyfiyyətsiz olduğu üçün partlayıb və onun evini su basıb.

Qeyd edək ki, keçən il də avstraliyalı Hollivud aktrisası üçün xoş keçməyib. Belə ki, 2014-cü ildə onun atası ölüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR