Elza Seyidcahandan yeni şeir

Elza Seyidcahandan yeni şeir
16:42 7 Yanvar 2015
256 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elza Seyidcahan "Oyun-oyuncaq dünya" adlanan yeni şeir yazıb.
Milli.Az atvxəbər.az-a istinadən həmin şeiri sizə təqdim edir:
 
Bu dünya bir oyuncaqdır
İçi dolu körpələri…
Mən körpənin oyuncağı
Yeddi notdur
Başqa bir şey deyil!
"Bu dünya
Oyun oyuncaqdan
Başqa bir şey deyil!
Kəsmək-bükmək deyil
Vəsmə çəkmək deyil.
Görün siz nəyədir meyil?
Baxın görün…
Gileyin məğzi,
Küləyin səbəbi?
Oyuncaqları sovurmaq!
Qarlı dağları ovutmaq!
Oyuncaqların davasının savaşı…
Nə şirin oyuncaqmış dünya!?
Çox ağır bir oyuncaqdır,
Gücə gəlməz, Sözə yatmaz!
Yəni sənə çox şirindir
Bu oyuncaq xülya?!
Ay körpə,
Ana südü, dağ çiçəyi
Verdi sənə bu dünya.
Yetməzmi?!
Dəyməz belə savaşa ki,
Körpələrin inqələri,
Oxu atdın, yay gizlədin
İnnələri!!!
İynələri saplamadan.
Naxışların nə civarı?!
Bu dünya
Oyun-oyuncaqdan
Başqa bir şey deyil!
Oyuncaqlardadır feyil davasının xəbəri!
Xəbər gəldi o taydan..,
Yekə bir oyuncaqdır
Oyun çıxdı nə boyda?
Uzunluğu bu boyda!
Boydan-boya düzdülər
Düzdülər, nə düzdülər..
Başqa bir şey deyil!
Bu dünya
Oyun-oyuncaqdan başqa bir şey deyil!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/317769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR