Alimlərdən maraqlı kəşf - Təcavüzə uğrayan qadınlar...

Mütəxəssislər beyindən istənməyən xatirələri silməyin yolunu tapıblar.

Metbuat.az xəbər verir ki, “Mirror” jurnalında dərc olunan xəbərə görə, kanadalı elm adamları beyindən yalnız pis xatirələri silən üsul tapıb. Araşdırma hələ ki, siçanlar üzərində aparılıb.

Kanadada yerləşən Toronto Universitetində aparılan araşdırmada beyində milyonlarla hüceyrə olduğunu qeyd edən araşdırmaçılar, “milyonlarca beyin hüceyrəsi arasında sadəcə bir ovuc pis xatirə var. Bu pis xatirələri digər hüceyrələrə zərər vermədən silməyi bacardıq” deyiblər. Mütəxəssislər müvəffəqiyyətlə nəticələnən bu araşdırmanın yaxın zamanda insanlar üzərində tətbiq ediləcəyini bildirib. Bu üsulun təcavüzə uğrayan qadınlara, travma sonrası stress yaşayan əsgərlərə yardım edəcəyi düşünülür.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR