Artıq istədiyiniz dərmanı internetdən tapa bilərsiz - YENİLİK

Artıq istədiyiniz dərmanı internetdən tapa bilərsiz - YENİLİK
12:03 19 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dərman preparatlarının onlayn axtarış sistemi - “tabletka.az” saytı işə düşüb.

Bunu layihənin rəhbəri Emin Sultanov deyib.

Onun sözlərinə görə, sosial xarakter daşıyan layihə ilk növbədə dərman preparatlarının tapılmasının rahatlığına və istifadəçilərin vaxtının qənaət olunmasına yönəlib.

E.Sultanov qeyd edib ki, lazımi dərman preparatının tapılması üçün onun adının axtarış pəncərəsinə daxil edilməsi kifayətdir: “Bundan sonra sistem ən yaxın aptekləri təqdim edəcək. Bundan başqa, reseptin şəklini çəkib sistemə yerləşdirmək olar. Bu resept də sifarişçiyə yaxın olan apteklərə yönləndiriləcək”.

Gələcəkdə istifadəçilər üçün SMS yolu ilə dərman sifariş vermək imkanının da təqdim olunması nəzərdə tutulur. (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/195636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR