İraqlı tələbələr artıq İran universitetlərində təhsil ala bilərlər

16:48 7 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Hazırda İran universitetlərində iraqlı tələbələrin təhsil alması üçün şərait yaradılıb. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın səhiyyə naziri xanım Ədilə Həmud Hüseyn deyib.

Ə.H.Hüseyn bildirib ki, indiyədək iraqlı tələbələr Hindistan və Türkiyədə təhsil alırdılar, lakin hazırda həmin tələbələrin İranda da təhsil alması üçün şərait var.

İraqın səhiyyə naziri ötən gün İrana səfər edib. İki günlük səfər zamanı xanım nazir iranlı həmkarı ilə danışıqlar aparıb, iki ölkə arasında səhiyyə sahəsində saziş imzalanıb. İmzalanmış sazişə əsasən, iki ölkə dərman, tibbi ləvazimatların təchizatı, ərzaq təhlükəsizliyi, xəstələrin müalicəsi, tibbi araşdırmalar və təlim sahəsində əməkdaşlıq edəcəklər.

Bu gün isə iraqlı nazir İranın Məşhəd şəhərinə gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2350698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR